Gəncə stadionunda təmir dayandırıldı
Gəncə şəhər stadionunda təmir işləri dayandırılıb.
Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin balansında olan arenadakı quruculuq işləri maliyyə problemlərinə görə yarımçıq qalıb.
“Kəpəz” Premyer Liqada mübarizəni dayandırsa da, bazanın təmiri istiqamətində işlər davam etdirilirdi. Amma birdən-birə nə olubsa, vəsait qurtarıb. Ya işlər düzgün planlaşdırılmayıb, ya da klubun diviziona enməsi dəqiqləşdiyindən nazirlik qənaət etmək qərarına gəlib.
Stadionun yeni direktoru fəhlələrə maaşlarının yarıbayarı azaldılacağını və aylıq 150 manat maaş alacaqlarını bildirib. Onlarsa təbii ki, bununla razılaşmayıb və inşaat meydanını tərk ediblər. Bu səbəbdən 1 həftədə təmir işləri dayanıb. (Futbolinfo.az)
Oxşar xəbərlər
Stadiondakı işlər dayandırıldı - FOTO
Gəncəli futbolsevərləri sevindirəcək xəbər - Stadion təmir ediləcək
Gəncə şəhər stadionu Dövlət Proqramına salındı
"Kəpəz"ə İcra Hakimiyyətindən tam dəstək - FOTO
Gəncə şəhər stadionunda təmir işləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası