reklam
Rejissor qapıçı ilə neçə
Sportfm.az xəbər saytı

Rejissor qapıçı ilə neçə "Qarabağ"da olacaq?


2018/19-cu illər mövsümünün hazırlıqlarını davam etdirən “Qarabağ” bu dəfə qapı xəttini gücləndirib. İslandiya yığmasının qapıçısı Hannes Tur Halldorssonla iki illik müqavilə bağlayıb. 

Sportfm.az xəbər verir ki, komandanın Avstriyada davam edən təlim-məşq toplanışına yollanan qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi kontrakta qol çəkib. 

Yeni transfer karyerasına 2009-cu ildə ölkəsinin “Fram” klubunda başlayıb. Qolkiper daha sonra "KR" (İslandiya), "Brann" (Norveç), "Sandnes" (Norveç), NEK (Hollandiya), "Bodo/Qlimt" (Norveç) klublarında forma geyinib. Qolkiper son olaraq Danimarkanın “Randers” klubunda çıxış edib və bu komandada 69 matçda meydana çıxıb. 

34 yaşlı qapıçı 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa çempionatının final mərhələsində çıxış edib. Burada da İslandiyanın oynadığı 5 oyunun hamısında çərçivəni qoruyub. 

Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində 9 oyunda meydana çıxıb və komandası DÇ-2018-in final mərhələsinə vəsiqə qazanıb. Dünya çempionatının qrup mərhələsində hər 3 oyunda meydanda olub və bu oyunlar zamanı 1 penalti qurtarmaqla diqqət mərkəzinə düşüb.

 

Oxşar xəbərlər

"Qarabağ"ın qapısını qoruyan soyğunçular haqqında film çəkdi - Uğur
Halldorsson məşqçi işləyəcək - yeni klubu açıqladı
"Qarabağ" Halldorssonla yollarını ayırdı
"Qarabağ" Bolqarıstan yığmasının futbolçusu ilə müqavilə bağladı
Filip Ozobiç "Qarabağ"da! - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər