Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Sloveniyanı məğlubiyyətlə tərk etdi
2018-2019-cu illər mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını başa vurub.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb.
Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında vətənə dönüb.
Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komandamız Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.
Oxşar xəbərlər
"Qəbələ" Polşanın 9-cu komandasına qarşı
"Qəbələ"dən bərpa məşqi
"Qəbələ" niyə bir məşqlə kifayətlənir?
“Qəbələ” günü tək məşqlə başa vurdu
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası