“Neftçi” hazırlığı ara vermədən davam etdirir
Dünən axşam saatlarında Türkiyədən təlim-məşq toplanışından qayıdan "Neftçi" hazırlığa ara vermədən davam edir.
Sportfm.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da "Dalğa Arena"da Macarıstanın "Uypeşt" klubu qarşılaşacaq komanda bu gün səhər saatlarında İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi yüngül xarakterli çalışmalardan sonra baş məşqçi Roberto Bordin yetirmələrini istirahətə buraxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.
Xatırladaq ki, "Neftçi" iyunun 17-də Bakıda bir araya gələrək iki mərhələli təlim-məşq toplanışına start vermişdi. İyunun 22-də Türkiyəyə yollanan komanda iyulun 6-dək qardaş ölkədə 4 yoxlama oyununda gücünü sınayıb.
Oxşar xəbərlər
"Sabah" Türkiyə toplanışına start verdi
"Neftçi"fanatları üçün "Rahat" və "Bravo" marketləri
Makedoniyalılardan sonra rumınlar
Mirzəbəyova imkan verməyən Dabo - VİDEO
"Neftçi" İsmət Qayıbov adına stadionda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası