reklam
Ronaldo
Sportfm.az xəbər saytı

Ronaldo "Yuventus"a keçə bilmədi


“Real Madrid”in ulduzu Kriştiano Ronaldonun “Yuventus”a transfer məsələsi maneə ilə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, klubun prezidenti Florentino Peres daha əvvəl futbolçunun sərbəst qalması üçün müəyyən etdiyi 100 milyon avroluq qiymətii 150 milyon avroya qaldırıb.

Bu barədə İtaliyanın “La Stampa” nəşri məlumat yayıb. Xəbərə görə, ispan klubunun prezidenti futbolçu üçün gələn təkliflərin 130 milyondan az olması halında nəzərə almayacağını belə bildirib.

Qeyd edək ki, “Yuventus”un keçmiş baş direktoru Lusiano Moqqi Ronaldonun “Yuventus” üçün tibbi baxışdan keçdiyini və müqavilə imzaladığını iddia etmişdi.

Xatırladaq ki, "Yuventus" Ronaldo üçün "Real"a 100 milyon avro təklif etmişdi.

Oxşar xəbərlər

Ronaldo haqqında daha bir iddia - transfer olunur
Ronaldonun "Real"dan ayrılma səbəbi məlum oldu
Ronaldo niyə satılıb?
Ronaldo Parisdə yeni hotel açacaq
Ronaldo “Instagram”da nə qədər qazanır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər