Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı
Azərbaycanın yeniyetmə güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında 8 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, yığma üzvləri ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olublar. Sərbəst güləşçilərin mübarizəsi ilə başlayan çempionatda Vahid Məmmədovun rəhbərlik etdiyi komanda 2 qızıl və 1 bürünc medalla komanda hesabında 4-cü olub. Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə bürünc medala yiyələnib. Bayramov həm də ötən ay keçirilən Avropa çempionatının qalibi olaraq yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
Məşqçilər Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış etmiş 5 qadın güləşçidən yalnız Şahanə Nəzərova (43 kq) gümüş medala sahib olub. Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında mübarizə aparmış 7 yunan-Roma güləşçisindən Sərxan Məmmədov (110 kq) gümüş, Qurban Qurbanov (45 kq), Həsrət Cəfərov (51 kq) və Adəm Hacızadə (60 kq) bürünc medal əldə edib. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edib.
Oxşar xəbərlər
Millimiz “Zəfər Kuboku”nda çempion oldu - UĞUR
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı - FOTO
Daha bir idmançımız Argentinaya yollanacaq
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Yeniyetmə güləşçilərimizdən 11 medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası