reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" millimizin üzvünü transferə çıxardı


"Sumqayıt" millimizin üzvü Cavid İmamverdiyevi transferə çıxarıb.

Sportfm.az xəbər verir ki, bu barədə Sportal.az saytına "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, İmamverdiyev məşqlərə qatılmadığı üçün bu addım atılıb:

"Məşqə gəlmədiyi üçün rəhbərliklə danışdım. Bildirdim ki, əgər futbolçu komandada oynamaq istəmirsə, transferə çıxarılsın. Cavid İmamverdiyev yaxşı futbolçudur, millinin üzvüdür. Hər bir klub istəyər ki, belə bir oyunçusu olsun. Futbolçunun həvəsi yoxdusa, ona görə nizam-intizamı pozmalıyıq? Oynamaq istəmədiyi üçün transferə qoyduq".

Mütəxəssis heyətə yerli oyunçu cəlb etmək üçün axtarışlar etdiklərini deyib:

"Əlbəttə axtarışlarımız davam edir. Bəzi mövqeyləri gücləndirmək istəyirik. Bu yöndə çalışırıq"

Oxşar xəbərlər

“Dinamo” Emrelini transferə çıxarır
Sadıqov onları əvəzedici heyətə göndərdi
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
Premyer Liqanın ən yaxşı futbolçusu transferə çıxarıldı
Rusiya klubu millimizin sabiq üzvünü transferə çıxardı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər