"Zirə" Türkiyə klubu ilə qarşılaşacaq
Yay təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.
Sportfm.az xəbər verir ki, iyulun 19-da səfərə çıxacaq komandamız ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bundan başqa daha 3 görüşə çıxacaq. Belə ki, “qartallar” iyulun 23-də Türkiyə Super Liqa təmsilçisi “Osmanlıspor”, 27-də isə qardaş ölkənin 1-ci liqa təmsilçisi “Əskişəhərspor”la qarşılaşacaq. Həmçinin, iyulun 30-da komadanmız daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
Komanda avqustun 1-də Bakıya qayıdacaq.
Oxşar xəbərlər
"Turan Tovuz" İsveçrə klubuna qarşı
"Qəbələ" Super Liqa klubuna qarşı - Yoxlama oyunu
"Zirə" yerli klublarla görüşəcək - Hazırlıq planı məlum oldu
"Sabah" Türkiyə toplanışına start verdi
"Sabah" Super Liqa klubu ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası