Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov:"Bakıda bizi daha çətin və ağır oyun gözləyir"
"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Olimpiya"ya 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Təcrübəli mütəxəssis cavab matçının daha çətin keçəcəyini bildirib:
"Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Həmin oyuna tam ciddi hazırlaşmalıyıq".
Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Donald Gerye vurub.
Oxşar xəbərlər
“Bizi “Ayaks” – PAOK matçı maraqlandırmır” - VİDEO
Qurban Qurbanov: "Məğlub olsaq, buna peşəkar biri kimi yanaşacağıq"
"Nəticə qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq" - Qurban Qurbanov
"90 dəqiqəlik ağır mübarizə bizi gözləyir" - Stanislav Draqun
Qurban Qurbanov etiraf etdi... Rəqib daha hazırlıqlı idi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası