Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: Oleq Stepko 22-ci oldu
Rio-2016 Yay Olimpiya Oyunlarında idman gimnasitikası yarışlarında kişilər arasında çoxnövçülük üzrə final mübarizəsi başlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu növdə təmsil edən Oleq Stepko da medallar uğrunda yarışıb. Gimnastımız bütün növlərdə çıxışını başa vurub. O, halqa ilə hərəkətlərdə 14.533, dayaqla tullanmada 14.916, paralel qollarda, 13.800, turnik üzərində hərəkətlərdə 10.466, sərbəst hərəkətlərdə 12.666, gimnastika atında isə 13.100 bal toplayıb. Stepko çoxnövçülük yarışlarını 79.081 balla 22-ci pillədə başa vurub.
Qeyd edək ki, həlledici mərhələyə 24 idmançı qatılıb.
Oxşar xəbərlər
Azərbaycanlı gimnast finala düşə bilmədi - Tokio-2020
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı
Azərbaycanlı gimnast Dünya Kubokunda bürünc medal qazanıb
Rio-2016: İdman gimnastlarımız ilk təsnifat mərhələsini başa vurdular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası