reklam
“Real”ın və Avropa futbolunun tarixinə düşdü
Sportfm.az xəbər saytı

“Real”ın və Avropa futbolunun tarixinə düşdü


"Real"ın futbolçusu Serxio Ramos Avropa futbolunun tarixinə düşüb. Komanda.az xəbər verir ki, Ramos üç avrokubok finalında qol vuran ilk müdafiəçi olub. O, "Sevilya" ilə keçirilən superkubok görüşünün 93-cü dəqiqəsində hesabı bərabərləşdirərək, "Real"ı məğlubiyyətdən xilas edib. Bu qol Ramosu futbolun tarixinə salıb. Serxio 2014 və 2016-cı illərdə keçirilən Çempionlar Liqasının finallarında da qol vurmuşdu. Ramosdan başqa "Real"ın daha 2 iki futbolçusu - Raul və Alfredo di Stefano 3 və daha artıq finalda qol vurub. Ancaq onlar müdafiəçi deyillər.

Bundan əlavə, 30 yaşlı futbolçu "Real"ın son üç final oyununda da fərqlənib. O, 2014-cü ildə keçirilən klublararası dünya çempionatının, 2016-cı ildə Çempionlar Liqasının finalında və avqustun 9-da superkubok uğrunda qarşılaşmada qol vurmağı bacarıb.

Oxşar xəbərlər

Pepe Çempionlar Liqasında tarix yazdı
Ramos “Real”ın uğurunu “inanılmaz” adlandırdı
Ramosdan yeni rekord - TOP-5
Serxio Ramos məşqlərə başladı
Emre Mor Türkiyə futbolu tarixinə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər