reklam
“Qəbələ” Lüksemburqda ilk məşqinə çıxdı
Sportfm.az xəbər saytı

“Qəbələ” Lüksemburqda ilk məşqinə çıxdı


UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Proqres”lə qarşılaşan “Qəbələ” Lüksemburqda ilk məşqinə çıxıb.

Sportfm.az xəbər verir ki, iyulun 17-də səfərə yollanan “qırmızı-qaralar” səhər saatlarında Differdanj şəhərinə çatıb. “Hilton” otelində məskunlaşan komandanın hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda məşq prosesinə fiziki hazırlıqla başlayıb, ardınca toplu çalışmaları icra edib.

Bu gün “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komanda oyunun keçiriləcəyi Differdanj şəhər Munisipal stadionunda hazırlıq keçəcək.

Xatırladaq ki, iyulun 19-da baş tutacaq “Proqres” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Oxşar xəbərlər

“Qəbələ” Bakıda hazırlığını davam etdirir
Avrokuboklardan uzaqlaşan "Qəbələ" hazırlığa başladı
"Qəbələ"dən mənasız qələbə
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
"Qəbələ" "Proqres"lə cavab oyununa hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər