"Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik" -Roberto Bordin
Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, italiyalı mütəxəssis həm nəticəyə görə kədərləndiyini bildirib:
“Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik. Əlbəttə, bu çox acınacaqlı haldır. Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.
Oxşar xəbərlər
Yığmamızın baş məşqçisi 4-cü məğlubiyyətə haqq qazandırmağa çalışdı - Dünya çempionatı
"Təəssüflər olsun ki, hesabı qoruya bilmədik" - Samir Abasov
"Komanda olaraq pis müdafiə olunmuşuq" - Rahid Əmirquliyev
Roberto Bordin: "Sübut etdik ki, güclü komandayıq"
Roberto Bordin: "Çox üzgünəm..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası