reklam
Sportfm.az xəbər saytı

"Albaniyaya gedəcəyim üçün anam çox xoşbəxtdir" -Ansi Aqolli


"Albaniyaya təxminən 10 ildən sonra klub səviyyəsində turnirdə oynamaq üçün qayıdacam. Hesab edirəm ki, bu mərhələdə asan komanda  yoxdur".
Sportfm.az saytı qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
Albaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları "Kukesi" haqda danışıb. Təcrübəli futbolçu Albaniya klubunun gücünə bələd olduğunu bildirib:  
"Çempionlar Liqasının seçmə oyunları fərqli bir xüsusiyyətə malikdir. Milli çempionat oyunları kimi deyil. İki oyun - 180 dəqiqə maksimum diqqətli olmalısan ki, mümkün qədər az səhv edəsən. "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadır. Üç il əvvəl bu turnirdə etdiklərini xatırlayıram. Onlar pley-offa yüksəlmişdilər". 
Aqolli Albaniya səfəri öncəsi ölkəsindən yalnız anası ilə danışdığını əlavə edib: "Heç kimlə danışmamamışam. Əlaqə saxladığım bircə anamdır. Hansı ki, Albaniyaya gedəcəyim üçün çox xoşbəxtdir".

Oxşar xəbərlər

Qurban Qurbanov sürpriz gözləyir - Rəqibdən
"Qarabağ"la "Kukesi" arasında böyük fərq yoxdur"
Ansi Aqolli: "Fərqli hisslər yaşadım"
Ansi Aqolli: "Zəif komanda öz ölkəsində çempion ola bilməz"
Rauf Əliyev təsdiqlədi - ölkə xaricinə gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər