"Qarabağ"ın potensial rəqibi müəyyənləşir
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması olacaq.
Sportfm.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində olacaq püşkatmada “Qarabağ” - “Kukesi” (Albaniya) cütünün qalibinin rəqibi də bilinəcək. Bu cüt səpələnmişlər səbətində yer alacaq. “Qarabağ”la “Kukesi”yə ümumilikdə 11 klub rəqib ola bilər.
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
“Zalsburq” (Avstriya)
“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi
“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) cütünün qalibi
Səpələnməmişlər
BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi AEK (Yunanıstan)
Liqa yolu
Səpələnmişlər
“Benfika” (Portuqaliya)
PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna)
“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya)
Səpələnməmişlər
“Fənərbaxça” (Türkiyə)
“Spartak” (Moskva, Rusiya)
“Standard” (Belçika)
“Slaviya” (Çexiya)
III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.
Saat 14:45-də isə Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Bununla Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandıracaq klubların Avroliqadakı rəqibləri bəlli olacaq. "Qarabağ" "Kukesi" səddini keçə bilməsə, aşağıdakı 9 komandadan birinə rəqib olacaq.
Səpələnməmişlər
TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi
“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi
APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi
“Kork Siti” (İrlandiya)
Oxşar xəbərlər
"Neftçi"nin potensial rəqibi müəyyənləşəcək - Çempionlar Liqası
"Qarabağ"ın Avropa Liqasında potensial rəqibləri azaldı
"Qarabağ" "Ayaks"la qarşılaşa bilər...Ağdam klubunun potensial rəqibi məlum olur
“Qarabağ” 2-ci mərhələni də keçsə, hansı komanda ilə düşə bilər?
ÇL-də III təsnifat mərhələsinin püşkü atıldı - Cütlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası