"Limit dəyişikliyi çətin olacaq"
"Hələ ki, heç bir təklif yoxdur. Xəbər yoxdur. Klubsuzam. Gözləyirik".
Sportfm.az saytı xəbər verir ki, bu sözləri sportal.az saytına açıqlamasında "Kəpəz"dən ayrılan Davud Kərimi deyib. O, yenidən Gəncə klubunda oynamaq potensialından danışıb:
"Mənimlə danışan olmayıb. Heç bilmirik ki, orda vəziyyət necə olacaq. Maliyyə şərtləri yaxşı olsa, niyə də oynamayaq? Lazım olsa, zəng edəcəklər"
Təcrübəli qolkiper I Divizionda limit dəyişikliyinə münasibət bildirib:
"Limit dəyişikliyi çətin olacaq. Bu, AFFA-nın qərarıdır. Yəqin ki, gələcəyi düşünüb addım atıblar. Kim güclüdürsə, o da oynayacaq. Limitdə dörd sərbəst futbolçuya yer verilməsi azdır. Bunu altı etsəydilər, daha yaxşı olardı. Mən belə düşünürəm. Amma qərar verilib, buna hörmət etməliyik".
Oxşar xəbərlər
1-ci liqada limit açıqlandı
"Heyətə ən yaxşılarını seçirəm" - Milan Obradoviç
"Təki baş məşqçi seçimində yanılmayaq" - Arif Əsədov
Aqil Nəbiyev: "20 yaşlı futbolçu I Divizionda mübarizə apara bilməyəcəksə, nə gələcəyi olacaq?"
Birinci Divizionda neçə legioner futbolçu çıxış edə bilər? - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası