reklam
Emeqara Azərbaycana qayıtdı -
Sportfm.az xəbər saytı

Emeqara Azərbaycana qayıtdı -"Qarabağ" keçmiş futbolçusunu transfer etdi


"Qarabağ” bu gün Con Delarjdan sonra daha bir futbolçunun transferini açıqlayıb. 

Sportfm.az xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb. 

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib. 

2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. O, bu komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub. 

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.

Oxşar xəbərlər

Emeqara Türkiyədə dubl etdi - VİDEO
"Liverpul"un futbolçusu "Qarabağ"ı təbrik etdi - FOTO
"Qarabağ" yeni transferini açıqladı
Norveç yığmasının üzvü "Qarabağ"da
"Qarabağ"dan daha bir transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər