reklam
İspaniya klubu
Sportfm.az xəbər saytı

İspaniya klubu "Roma"ya mane oldu


"Bordeux"un futbolçusu Malkomun "Roma"ya keçidini problemə dönüb.

Sportfm.az xəbər verir ki, "Roma" transferlə bağlı danışıqların başa çatdığını, futbolçuya görə 32 milyon avro (əlavə 4 milyon bonus) ödəyəcəyini açıqlamışdı. Lakin "Barselona"nın müdaxiləsi bu əməliyyatı dayandırıb." Kataloniya" klubu Malkom üçün 41 milyon avro təklif edib.

"Hər şey başa çatmışdı. Biz "Roma" şəhərinə uçmağa hazırlaşdıq. Son anda "Bordeux" əməliyyatın dayandırıldığını bildirdi. Yəqin ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək", - futbolçunun agenti bildirib.

Xatırladaq ki, "Barselona" 29 yaşlı Villianın transferi üçün "Çelsi" ilə danışıqlar aparırdı. "Zadəganlar"ın 70 milyon avro tələb etməsi katalonların Malkom variantına əl atmasına səbəb olub.

Oxşar xəbərlər

Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
UEFA ötən mövsümün gəlirlərini açıqladı
Avropada transferə ən çox pul xərcləyən klublar - SİYAHI
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər