reklam
Ronaldo, Messi, Salah... - İlin futbolçusu adına namizədlər məlum oldu
Sportfm.az xəbər saytı

Ronaldo, Messi, Salah... - İlin futbolçusu adına namizədlər məlum oldu


FİFA ilin futbolçusu adına namizədlərin siyahısı açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu ada 10 oyunçu iddia edir.

"Ən yaxşı" mükafatı uğrunda mübarizə aparacaq kişi futbolçuların siyahısı belədi: Luka Modriç (Xorvatiya, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"/"Yuventus"), Rafael Varan (Fransa, "Real"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Kilian Mbappe (Fransa, PSJ), Lionel Messi (Argentina, "Barselona"), Eden Azar (Belçika, "Çelsi"), Kevin De Bröyne (Belçika, "Mançester Siti"), Harri Keyn (İngiltərə, "Tottenhem"), Məhəmməd Salah (Misir, "Liverpul").

Ən yaxşı qadın futbolçu adına isə Lusi Bronz (İngiltərə, "Lion"), Pernil Harder (Danimark, "Volfsburq"), Ada Heqerberq (Norveç, "Lion"), Amandin Anri (Fransa, "Lion"), Samanta Kerr (Avstraliya, "Skay Blue", "Pert Qlori", "Çikaqo Red Stars"), Saki Kumaqai (Yaponiya, "Lion"), Cenifer Marojan (Almaniya, "Lion"), Marta (Braziliya, "Orlando Pride"), Meqan Rapinoe (ABŞ, "Sietl Reyq"), Uendi Renar (Fransa, "Lion") namizəddi.

Qeyd edək ki, sentyabr ayının əvvəllərində ən yaxşı adına namizədlərin sayı 3-ə endiriləcək. Sentyabrın 24-də Londonda təşkil olunacaq tədbirdə isə qaliblər mükafatlandırılacaq.(apasport.az)

Oxşar xəbərlər

İlin ən yaxşı futbolçusu adına namizədlər - FİFA açıqladı
İlin ən yaxşı oyunçusu adına namizədlər - SİYAHI
2021-ci ilin rəmzi komandası - "The Best"
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
"Qızıl top"un veriləcəyi tarix açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər