Əliyev Avropa 3-cüsü oldu
22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçirilən 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində üçüncü yarış günü başa çatıb.
Sportfm.az xəbər verir ki, 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxıblar.
Millimizin üzvlərindən 2016-cı ildə Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuş Füqan Əliyev, yaşı 17-yə qədər olan oğlanların mübarizəsində 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 120 kq çəkinin öhdəsindən gəlib və bu hərəkətdə 4-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edən Əliyev, 151 kq-ı ram edərək bu hərəkətdə Avropa 3-cüsü ola bilib.
Toplam 271 kq (120+151) nəticə göstərən Füqan, yekun sıralamada da Avropa çempionatının bürünc medalını qazanaraq fəxri kürsüyə yüksəlməyi bacarıb.
Oxşar xəbərlər
İdmançımız Avropa rekordu müəyyənləşdirdi
Azərbaycanlı idmançı Avropa birinciliyinin ikiqat qalibi oldu
Tarmenxan Babayev Avropa Çempionu oldu
Atletimiz Avropa üçüncüsü oldu
Azərbaycanlı Milanda Avropa çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası