reklam
Sportfm.az xəbər saytı

"Bu nəticəni qənaətbəxş saymaq olar" - Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu “Kukesi”yə qarşı səfərdə keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, cütün cavab görüşü avqusun 1-i, saat 21:00-da başlayacaq.

 

Oxşar xəbərlər

"Polşada rəqibin gücünü hiss etdik" - Qurban Qurbanov
"Belə uduzmaq istəməzdik" - Sənan Qurbanov
"Partizani"nin bu qədər müdafiədə oturacağını gözləmirdik" - Qurban Qurbanov
Qurban Qurbanov: "Danışmaq üçün tezdir"
Qurban Qurbanov: "Şanslar əlli-əlliyədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər