Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rio-2016: 2168 illik rekord qırıldı
Amerikalı üzgüçü Maykl Felps 22-ci Olimpiya çempionluğunu qazanıb. Sportfm.az xəbər verir ki, 200 m məsafəyə kompleks üsulla üzməkdə Rio-2016-nın qalibi olan əfsanə özünün rekordunu yeniləyib. Müasir Olimpiadaların mütləq rekordçusu olan Felpsin hesabında artıq 26 medal var. 22 qızıl, 2 gümüş və 2 bürüncü olan amerikalı fərdi yarışlarda 13-cü dəfə çempionluq yaşayıb.
9 dəfə estafetdə qalib olan ABŞ yığmasında yer alan Felps həm də Antik Olimpiya Oyunlarının rekordunu arxada qoyub. Belə ki, qədim yunan atleti Leonid Rodosski eramızdan əvvəl 164-152-ci illərdə ardıcıl 4 Olimpiadada qaçış yarışlarında 12 dəfə çempionluq yaşamışdı. 31 yaşlı Felps 13-cü fərdi zəfəri ilə 2168 ildən sonra rekordu yeniləyib.
Oxşar xəbərlər
Felpsin rekordu qırıldı - Tokio-2020
Rio-2016: Gürcü idmançı dünya rekordunu yeniləyib
23 qat olimpiya çempionu karyerasını başa vurub
Maykl Felpsdən 21-ci qızıl medal
Rio-2016: Dünya rekordu yeniləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası