"Alanyaspor" Azərbaycan klubunu məğlub edə bilmədi
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.
Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma “Sabah” 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.
Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.
“Sabah” oyuna bu heyətlə çıxıb: Saşa Stamenkoviç, Eltun Turabov, Məqsəd İsayev, Kərim Diniyev, Erik Ramos, Vadim Abdullayev, Tərzin Cahangirov, Elşən Abdullayev, Vanderson, Vitali Kvaşuk, Cavid İmamverdiyev.
Ehtiyat oyunçular: Tərlan Əhmədli, Novruz Məmmədov, Ricat Qarayev, Elvin Həsənəliyev, Ülvi İbazadə, Elgün Nəbiyev, Elvin Bədəlov, Tural Qürbətov, Bəxtiyar Soltanov
Oxşar xəbərlər
"Sabah" - "Qəbələ" - START HEYƏTLƏR
"Sabah" liderə 4 top vurdu
"Sabah" Super Liqa klubu ilə qarşılaşacaq
"Sabah"ın 3-cü heç-heçəsi
"Sabah"ın legioneri qol vurdu, komanda bərabərliyə sevindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası