reklam
“İnter”dən yeni transfer
Sportfm.az xəbər saytı

“İnter”dən yeni transfer


İtaliya "İnter”i növbəti transferini həyata keçirib. Futbolinfo.az xəbər verir ki, Milan klubu "Sportinq”in yarımmüdafiəçisi Joao Marionu heyətinə qatıb. Portuqaliya yığmasının heyətində Avropa çempionatında əla çıxışla diqqət çəkən Mario avqustun 15-də yeni klubu ilə münasibətləri rəsmiləşdirəcək. Bu keçid italyanlara 40 milyon avroya başa gəlib. 23 yaşlı futbolçu özünü doğrulda bilsə, "neradzurra” qarşı tərəfə daha 5 milyon avro ödəyəcək. "İnter”lə 5 illik müqavilə imzalayacaq Avropa çempionunun illik məvacibi 3 milyon avro təşkil edəcək.
 
Qeyd edək ki, "İnter” ona qədər Caner Erkin, Ever Baneqa, Canluka Kaprari və Antonio Kandrevanı transfer etmişdi.

Oxşar xəbərlər

“İnter” erməni futbolçu ilə müqaviləni yeniləyir
250 milyon avroluq futbolçu satdılar
Mauro İkardi ilə yeni müqavilə - 6 milyon avro...
"İnter"dən 5 milyon avroluq icarə!
Caner Erkin Türkiyəyə qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər