"Kukesi"nin futbolçusu FİFA-ya şikayət edir!
"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Kukesi" ciddi problemlə üzləşib.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Elton Keyl komandaya qayıtmayıb.
Rəhbərlik braziliyalı oyunçunun düşərgəyə dönməsini istəsə də, Keyl bundan imtina edib. 30 yaşlı futbolçu müqavilə müddətinin başa çatdığını iddia edərək, azad agent statusu daşıdığını iddia edib. Maraqlıdı ki, Keyl hətta "Kukesi"dən FİFA-ya şikayət edəcəyini də bildirib. O, Kukes təmsilçisini müqavilədə saxtakarlığa yol verməkdə ittiham edib.
"Sambaçı" karyerasını Albaniyanın digər klubu "Flamurtari"də davam etdirməyə hazırlaşır. Lakin "Kukesi" də bununla razılaşmır. Klub prezidenti Safet Qyiçi müqavilə bağlayacaqları təqdirdə, həm futbolçunu, həm də "Flamurtari"ni məhkəməyə verəcəklərini söyləyib.
Qeyd edək ki, "Qarabağ" - "Kukesi" görüşü avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Komandalar arasında Albaniyadakı ilk matçda qolsuz bərabərlik qeydə alınıb.
Oxşar xəbərlər
"Qarabağ"ı keçsələr, 150 min avro qazanacaqlar
"Kukesi"nin iki futbolçusu "Keşlə"də?
"Kukesi"nin prezidentindən "Qarabağ"la oyuna mükafat vədi
“Qarabağ” - “Kukesi” oyununa üç günə 5 min bilet satıldı
""Qarabağ"a qalib gəlsək, mükafat olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası