reklam
Hakan Şükürün atası həbs olundu
Sportfm.az xəbər saytı

Hakan Şükürün atası həbs olundu


Türkiyənin tanınmış sabiq futbolçusu, həmçinin deputat olan Hakan Şükür və atasının həbs olunması barədə qərar çıxarıldığını xəbər vermişdik. Komanda.az xəbər verir ki, artıq sabiq futbolçunun atası həbs olunub. Belə ki, Türkiyə polisi Adabazarında yaşayan Sermet Şükürün məsciddə olması barədə məlumat alıb. Dərhal məscidi nəzarətə götürən polis cümə namazının bitməsini gözləyib və namaz bitdikdən sonra Sermet Şükürü yaxalayıb. Şükür dərhal polis bölməsinə aparılıb. Ölkə xaricində olan Hakan Şükür "silahlı terror təşkilatına üzv olmaq"da ittiham edilir. Polis Hakan Şükürün İstanbuladkı evində axtarış aparıb.

Hakan Şükür türk futbolunun gəlib-keçmiş ən yaxşı futbolçularından biri hesab olunur. O, uzun illər "Qalatasaray"da və Türkiyə millisində çıxış edib. Hətta məşhur hücumçuya azarkeşlər tərəfindən "Kral" ləqəbi də verilib.

Oxşar xəbərlər

Hakan Şükürün atasına cəza kəsildi - 3 il 1 ay 15 gün
Hakan Şükürün atasını neçə il həbs cəzası gözləyir?
Ən çox qol vuran hücumçuya daha bir zərbə
"Qalatasaray"ın sabiq futbolçusu Türkiyədə həbs olundu
Hakan Şükür həbs ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər