reklam
Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçuları Braziliyaya yola düşdülər


XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) avqustun 13-də Braziliyaya yola düşüblər. Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl yola düşüblər.

Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı - iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Avropa təsnifat turniri
Olimpiya Təsnifat Turnirinə qatılacaq idmançılarımız məlum oldu - SİYAHI
Yaponiya Qran-Prisində ölkəmizi 8 idmançı təmsil edəcək
Hərçəqani və Abakarova qalib oldular
Milli komandamızın heyətində dəyişiklik edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər