FIDE reytinq cədvəlini dərc etdi
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində üçüncü yeri tutur.
Sportfm.az xəbər verir ki, FIDE 2018-ci il avqustun 1-i üçün reytinq cədvəlini dərc edib.
FIDE-nin rəsmi saytında bildirilir ki, 2018-ci il iyulun 1-i üçün reytinq cədvəlində 2801 xal ilə üçüncü yeri tutan Şəhriyar Məmmədyarov bu dəfə də həmin reytinq əmsalını və əvvəlki yerini qoruyub saxlayıb.
Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yeri yenə Norveç nümayəndəsi, hazırkı dünya çempionu Maqnus Karlsen (2841), ikinci yeri iddiaçılar turnirinin qalibi, amerikalı Fabiano Karuana tutur (2821).
Azərbaycanın digər nümayəndəsi Teymur Rəcəbov da öz əmsalını (2751) və sıra nömrəsini (17) saxlayır. Reytinq əmsalını 2711-ə çatdırmış Arkadi Naydiç 47-ci mövqedən 33-cü yerə qalxıb. Dünya üzrə ilk yüzlüyə Azərbaycan qrossmeysterləri Rauf Məmmədov (2708, 38-ci yer), Eltac Səfərli (2676, 65-ci yer) və Qədir Hüseynov da daxildir (2665, 77-ci yer).
Dünyanın ən yaxşı yüz qadın şahmatçısının siyahısına azərbaycanlı Günay Məmmədzadə də daxildir. Reytinq əmsalı 2426 olan Günay bu siyahıda 39-cu yeri tutur.
Oxşar xəbərlər
Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
Azərbaycanlı şahmatçılar ilk yüzlükdə
Qrossmeysterimiz dünya reytinqinin ilk üçlüyündədir
Şəhriyar Məmmədyarov FİDE-nin reytinqində ikinci pilləyə yüksəldi
Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında üçüncü yerə yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası