reklam
Serbiyalı müdafiəçi
Sportfm.az xəbər saytı

Serbiyalı müdafiəçi "Keşlə"də? -Qərar veriləcək


"Keşlə" baxışa yeni futbolçu çağırıb.

Sportfm.az xəbər verir ki, klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi Nikola Mitroviç hazırda paytaxt təmsilçisinin düşərgəsindədir. Mladen Milinkoviçin istəyilə baxışa cəlb olunan 31 yaşlı futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək. Onunla rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, son olaraq Polşanın "Visla" klubunda çıxış edən Mitroviç müxtəlif illərdə "Partizan", "Uypeşt", "Makkabi" (Təl-Əviv) və "Anortosis" kimi komandaların da formasını geyinib. Təcrübəli yarımmüdafiəçi Serbiya millisinə də dəvət alıb və cəmi 1 oyunda meydana çıxıb.

Oxşar xəbərlər

"Keşlə" Milinkoviçi istefaya göndərdi
"Keşlə" serbiyalı futbolçu ilə müqavilə imzaladı
“Keşlə” serbiyalı futbolçu ilə güclənəcək
"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırdı
Millimizin sabiq üzvü "Keşlə"də baxışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər