Kintana ölkə xaricinə yollanır
Məlum olduğu kimi, "Qarabağ” ciddi itki ilə üzləşib.
Sportfm.az xəbər verir ki, Ağdam klubu aparıcı futbolçusu Dani Kintananın xidmətindən məhrum olub.
İpaniyalı yarımmüdafiəçi məşq zamanı zədə aldı. Həkimlərin ilkin rəyinə görə, zədəsi olduqca ciddidi. O yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq.
Ayağında "menski" əmələ gələn Daninin təxminən 1,5-2 aydan sonra sıralara dönməsi gözlənilir: "Onun nə qədər müddətdən sonra sıramıza qayıdacağı hələ dəqiq bilinmir”.
Kintana ötən il İspaniyada diz bağlarından əməliyyat olunub və altı ay yaşıl meydanlardan kənarda qalıb.
Buna görə onun yenidən İspaniyada əməliyyat olunacağı və qış fasiləsindən sonra “Qarabağ”a kömək edə biləcəyi gözlənilir.
Oxşar xəbərlər
"Qarabağ"da ciddi itki - Əsas qapıçısı əməliyyat edildi
Bədavi Hüseynov əməliyyat olunacaq - 6 ay oynamayacaq
"Keşlə"nin futbolçusu bir il yaşıl meydanlardan kənarda qalacaq - FOTO
“Qarabağ”ın oyunçusu əməliyyat olundu
Kintana qarşılaşmanı yarımçıq tərk etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası