reklam
Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı
Sportfm.az xəbər saytı

Rio-2016: Sotomayor 1/4 finalda, Teymur Məmmədov mübarizəni dayandırdı


Rio Olimpiadasında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçiriblər. Rinqə ilk olaraq Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.
 
Gecənin ikinci döyüşündə isə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşüb. Təssüf ki, medalın bir addımlığında olan boksçumuz bu hədəfinə çata bilməyib. Rəqibinə 0:3 hesabı ilə məğlub olan Məmmədov Olimpiadada çıxışını başa vurub.
 

Oxşar xəbərlər

Rio-2016: Sotomayor finalda
Rio-2016: Elvin Məmişzadə mübarizəni dayandırdı
Rio-2016: Albert Səlimov məğlub oldu, Kamran Şahsuvarlı 1/4 finalda
Rio-2016: Sotomayor qalib gəldi, Teymur Məmmədov 1/4 finalda
Rio-2016: Hər üç boksçumuz qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər