Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz Kiyevdə ilk məşqinə çıxdı -FOTO
Ukraynanın paytaxtı Kiyevdəki minifutbol qitə çempionatında ilk dəfə iştirak edəcək millimiz yerli vaxtla saat 15:00-da tam heyətlə ilk məşqinə çıxıb.
Sportfm.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komandamız məşqin ilk yarısında isinmə hərətlərini yerinə yetirib. Daha sonra standart vəziyyətlər üzərində işləyən futbolçularımızın məşqi iki tərəfli oyunla başa çatıb.
Qeyd edək ki, yığma komandamız Kiyevdəki "Hidropark" stadionunda ilk matçını Macarıstana qarşı keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyun Myvideo TV-də canlı yayımlanacaq.
Oxşar xəbərlər
"Qarabağ" Avstriyada son məşqinə çıxdı
Miçel və Zubir sonuncu məşqə çıxdı
Minifutbol millimiz Avropa çempionatını 3 xalla başa vurdu
Minifutbol millimiz Türkiyəni böyük hesabla məğlub etdi
Azərbaycan yığması Kiyevə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası