Həbs olunan azərbaycanlı azarkeşlərlə bağlı qərar
Tehranın "Azadi" stadionunda "İstiqlal" - "Traktor" matçı zamanı saxlanılan azərbaycanlılar azad edilib.
Sportfm.az xəbər verir ki, gərgin matç zamanı polis tərəfindən döyülərək saxlanılan 43 "Traktor" azarkeşi sərbəst buraxılıb. Onların ictimai qınaq səbəbindən azad edildiyi bildirilir.
Qeyd edək ki, Azərbaycan klubunun müdiri Sadiq Drudgər azyaşlı uşaqlar da daxil olmaqla, çoxsaylı azarkeşin polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdi. "Traktor"un keçmiş baş məşqçisi Rəsul Xətibi isə polisin komanda tərəfdarları ilə davranışının utancverici olduğunu deyib.
Görüş zamanı "İstiqlal" komandasının tərəfdarlarının "ölüm olsun türkə" şüarı qıcıq yaradıb. Onlar Azərbaycan komandasının tərəfdarlarını daşa tutaraq, onların ünvanına müxtəlif söyüş və şüarlar səsləndiriblər.
Oxşar xəbərlər
Azərbaycan klubu kubokda uğursuz oldu
Təbrizin "həsrəti" davam edir - "Traktor" qalib gələ bilmir
Azərbaycan klubu Avropa nəhənglərini geridə qoydu - VİDEO
Azərbaycan klubunun matçında qarşıdurma - xeyli yaralı var
İranlı azarkeşlərdən Azərbaycana xəyanət – Millət vəkili etiraz etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası