reklam
Stiven Cerard
Sportfm.az xəbər saytı

Stiven Cerard "Qəbələ"də oynamış futbolçudan danışdı


Ötən mövsümün ilk yarısını icarə əsasında "Qəbələ"də oynayan Endi Hallideylə bağlı çıxış etdiyi "Reyncers"in baş məşqçisi Stiven Cerard xoş sözlər səsləndirib. 

Sportfm.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi 26 yaşlı futbolçunun Şotlandiya Premyer Liqasının 2-ci turunda "Sent Mirren"lə matçdakı performansından razı qalıb: "Endi bu mövsüm ilk oyununda yaxşı çıxış etdi. Kluba gələrkən futbolçular haqda fərqli şeylər eşidirdim. Bəzən müsbət sözlər qulağımıza çatmırdı. Amma məncə, insanlara dəyər vermək lazımdır. Hallidey bu oyunda özünü yaxşı tərəfdən göstərdi. O, bütün məşqlərdə yaxşı çalışır. Məncə, biz ona güvənə bilərik. O, oynamaq üçün şansını gözləyirdi və biz bu fürsəti verdik. Onun oynamaq hirsi var. Endi yalnız meydanda deyil, ehtiyatda da vacib futbolçudur. "Reyncers" üçün önəmli oyunçudur". 

Qeyd edək ki, Hallidey "Qəbələ"də 8 oyun keçirmişdi.

Oxşar xəbərlər

"Qəbələ" britaniyalı futbolçu ilə yollarını ayırdı - O Şotlandiyada çıxış edəcək
“Reyncers” “Qəbələ”nin futbolçusu ilə bağlı qərarını açıqladı
Endi Hallidey:"Azərbaycan çempionatı haqqında elə də məlumatlı deyiləm"
"Midlsbro"nun futbolçu Azərbaycan Premyer Liqasında
"Qəbələ" şotlandiyalı futbolçunu istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər