Elmar Qasımov Avropa çempionu oldu
Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.
Sportfm.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.
Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazandı - FOTO
Mehdiyev Xorvatiya "Qran Pri"sini medalla başa vurdu
Azərbaycan finalında gürcü qalib gəldi
Hidayət Heydərov dünya birinciliyinin qalibi oldu
Rüstəm Orucov Zaqreb "Qran-Pri"sinin qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası