Çempionlar Liqasında VAR sistemi tətbiq olunacaqmı? -Günün sualı
UEFA VAR (videotəkrar) sisteminin bu mövsüm Çempionlar Liqasında (ÇL) tətbiqini nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, videotəkrarların 1/4 final mərhələsindən etibarən peyda olacağı ehtimal edilir. Beləliklə, Avropa futbol qurumunun rəhbərliyi ÇL-in həlledici mərhələlərində ciddi hakim səhvlərinin qarşısının alınacağına ümid edir.
Məsələ gələn həftə Avropa Klublar Assosiasiyasının iclasında müzakirə olunacaq. Yekun qərar isə sentyabrın sonlarında UEFA İcraiyyə Komitəsinin iclasında çıxarılacaq. VAR-ın tətbiqi qapılar arxasındakı əlavə köməkçi hakimlərin ləğvinə səbəb olacaq. UEFA videotəkrar sistemindən 2020-ci il Avropa çempionatında da yararlana bilər. Lakin bu ideya hələlik üzərində işlənilmə mərhələsindədir.
Qeyd edək ki, VAR 2018-ci il dünya çempionatında və bir çox aparıcı ölkənin milli çempionatlarında da tətbiq olunub.
Oxşar xəbərlər
Millimizin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq
UEFA Bakıda keçiriləcək finalda VAR sistemindən istifadə edəcək
UEFA VAR-la bağlı qərarını dəyişdi
Avropa Liqasının finalında VAR sistemi tətbiq olunacaq
VAR sistemi Çempionlar Liqasında tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası