reklam
Malta millisi yığmamızla oyun üçün heyətini açıqladı
Sportfm.az xəbər saytı

Malta millisi yığmamızla oyun üçün heyətini açıqladı


Malta millisinin UEFA Millətlər Liqasında Farer adaları və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, baş məşqçi Rey Farruciya 26 futbolçuya dəvət göndərib. Yığmaya 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu çağrılıb. Onlardan yanız ikisi - Zak Muskat və Andre Şembri legionerdir.

Qapıçılar: Anri Bonello ("Valletta"), Endryu Hoqq ("Hibernians"), Stiv Sultana ("Baltsan")

Müdafiəçilər: Ferdinando Apap ("Viktoria Hotspurs"), Andrey Acus, Jozef Mbonq (hər ikisi "Hibernians"), Stiv Borq, Rayab Kamilleri, Jozef Zerafa (hamısı "Valletta"), Kleyton Faylla ("Floriana"), Maykl Conson ("Baltsan"), Zak Muskat ("Pistoyoze", İtaliya)

Yarımmüdafiəçilər: Yoan Bessina, Danstan Vella (hər ikisi "Hibernians"), Roderik Briffa, Xuan Korbalan (hər ikisi "Qzira Yunayted"), Pol Fenek, Ceyk Qrek (hər ikisi "Birkirkara"), Rayan Fenek ("Slima Uonderers"), Rouen Muskat ("Valletta"), Stiven Pizani ("Floriana")

Hücumçular: Endryu Koen ("Qzira Yunayted"), Alfred Effionq ("Baltsan"), Jan-Pol Farruciya ("Slima Uonderers"), Maykl Mifsud ("Birkirkara"), Andre Şembri ("Apollon", Kipr)

Qeyd edək ki, Malta kollektivi sentyabrın 7-də Farer adaları komandasının qonağı olacağı halda, ayın 10-da Azərbaycan millisini qəbul edəcək. Ta Qali Milli stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. (report)

 

Oxşar xəbərlər

Malta millisinin Azərbaycanla oyun üçün heyəti - SİYAHI
Azərbaycan Malta görüşündə biabırçı hesab - Yenilənib
Malta millimizlə oyun üçün heyətini açıqladı
Malta - Azərbaycan: Start heyətləri
Ruslan Qurbanov yığmanın düşərgəsindən göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər