Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı hakim Kundeni meydandan qovdu
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev avrokuboklarda növbəti oyununu idarə edib.
Sportfm.az xəbər verir ki, 30 yaşlı referi Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Gent” – “Bordo” oyununu idarə edib.
Belçikada baş tutan qarşılaşmada hesab açılmayıb. Əliyar Ağayev bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub. O, oyunun 41 və 90+3-cü dəqiqəsində “Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.
Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.
Oxşar xəbərlər
Əliyar Ağayev 6 sarı vərəqə göstərdi - Konfrans Liqası matçı
Əliyar Ağayevdən 8 vərəqə
Əliyar Ağayevdən 5 “sarı” - Millətlər Liqası matçı
Əliyar Ağayevdən ÇL-də qırmızı vərəqə, penalti
Əliyar Ağayevin idarə etdiyi oyunda 4 qol vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası