reklam
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Sportfm.az xəbər saytı

Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi


Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, partiya heç-heçə ilə yekunlaşıb. Oyun gününün yekununda Sergey Karyakin (Rusiya) və Xikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ) və Vişvanatan Anand (Hindistan), Aleksandr Qrişuk (Rusiya) və Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyan (Ermənistan) qarşılaşmaları da heç-heçə başa çatıb.

Səkkiz turdan sonra 5 xal toplayan Karuana liderdir. Məmmədyarov, Qrişuk, Aronyan və Karlsen 2-5-ci yerləri bölüşür. Onların hər birinin aktivində 4,5 xal var. 6-7-ci yerləri Vaşye-Laqrav və Anand (hərəyə 4 xal) tutur. Ardınca So (3,5) və Nakamura (3), sonuncu isə Karyakin (2,5) qərarlaşıb.

Turnir avqustun 27-də başa çatacaq. Sinkfild Kubokunun qalibi 75 min dollar qazanacaq. Turnirin ümumi mükafat fondu isə 300 min dollardır.

Oxşar xəbərlər

Məmmədyarov növbəti dəfə məğlub oldu
Şah bu dəfə mat edə bilmədi
Yığmamızın lideri 300 min dollarlıq turnirdə
Karuana Stavanqerdə "ən ağıllı" oldu
Şəhriyar Məmmədyarov üçüncü oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər