reklam
AFFA dəstəkləyəcəyi namizədi müəyyənləşdirdi
Sportfm.az xəbər saytı

AFFA dəstəkləyəcəyi namizədi müəyyənləşdirdi


AFFA UEFA prezidenti postuna növbəti seçkidə qurumun hazırkı rəhbəri Aleksandr Çeferinin namizədliyini dəstəkləyəcək.

Sportfm.az xəbər verir ki, bu barədə milli assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. O, bildirib ki, AFFA prezidenti Rövnəq Abdullayevin adından UEFA-ya rəsmi dəstək məktubu göndərilib: “Son iki il ərzində gördüyü işləri nəzərə alaraq, Aleksandr Çeferinə tam dəstək vermişik. Bununla bağlı AFFA prezidenti adından rəsmi qaydada dəstək məktubunu da UEFA-ya göndərmişik”.

Qeyd edək ki, Aleksandr Çeferin 14 sentyabr 2016-cı ildə UEFA-nın 7-ci prezidenti seçilib. Avqustun 21-də Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya və Farer adalarının milli assosiasiyaları növbəti seçki üçün 51 yaşlı sloveniyalı funksionerin namizədliyini irəli sürüblər və bununla bağlı UEFA-ya rəsmi məktub göndəriblər. Həmçinin, Rusiya və Türkiyə kimi ölkələr də yeni seçkidə A.Çeferini dəstəkləyəcəklərini açıqlayıblar. UEFA prezidenti postuna seçki 7 fevral 2019-cu ildə İtaliyanın paytaxtı Romada qurumun Konqresi zamanı keçiriləcək. Hələlik yalnız A.Çeferinin namizədliyi irəli sürülüb. 

Oxşar xəbərlər

Heç kim AFFA prezidenti olmaq istəmir!
Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürdü
AFFA rəsmiləri UEFA-nın Konqresində
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
AFFA cinayət hüququ üzrə mütəxəssisə səs verəcək!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər