reklam
FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə etdi
Sportfm.az xəbər saytı

FIFA prezidenti ABŞ-ın dövlət başçısına qırmızı kart hədiyyə etdi


ABŞ Prezidenti Donald Tramp Ağ evdə Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə görüşüb. Görüşdə 2026-cı ildə Birləşmiş Ştatların Meksika və Kanada ilə birgə keçirəcəyi dünya çempionatına hazırlıq məsələləri müzakirə olunub.

Sportfm.az xəbər verir ki, İnfantino “Oval kabinetin” sahibinə “26” nömrəli futbol köynəyi və hakimlərin istifadə etdikləri kartları təqdim edib. FIFA prezidenti izah edib ki, sarı və qırmızı kartlar futbolçulara xəbərdarlıq və diskvalifikasiya üçün göstərilir. İnfantino zarafatla əlavə edib ki, onlar ABŞ Prezidentinə jurnalistlərlə ünsiyyət zamanı lazım ola bilər. Hədiyyədən dərhal istifadə edən Tramp isə qırmızı kartı seçib və jurnalistlərə göstərib.

FIFA prezidenti bu il Rusiyada dünya çempionatının uğurla keçdiyini qeyd edib və Amerika mundialının ondan geri qalmayacağına əminliyini bildirib.

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
İnfantino yenidən FİFA prezidenti seçildi
Gianni İnfantino və Rövnəq Abdullayev bir arada - FOTO
İnfantino yenidən FIFA prezidenti seçildi
Braziliya millisinin baş məşqçisi Trampa cavab verdi: Tarixi yaxşı oxusun...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər