""Qarabağ" avrokuboklarda çox yaxşı oynayır" -Vəli Qasımov
"Bakıda oynamaq çətindir. "Qarabağ" avrokuboklarda çox yaxşı oynayır. Bu klubun iki komandası var. Biri çempionatda, digəri isə Avropada çıxış edir. Bu, sürprizlərə səbəb ola bilər. "Sportinq"in necə oynadığını bilmirəm. Amma "Qarabağ" matçlarda yaxşı oyun sərgiləyə bilər. Qrupda bütün komandalara uğurlar arzulayıram. Çox güclü qrupdur".
Sportfm.az xəbər verir ki, bunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov deyib.
O, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində uğurlu nəticə qazanacağına inandığını söyləyib: "Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində təcrübəsi var. Bakıya gələnlər buradan zövq alacaqlar".
V.Qasımov Portuqaliyanın "Vitoriya" klubunda birgə çıxış etdikləri Manuel Fernandeşlə görüşdüyünü qeyd edib: "Buraya gələndə sabiq komanda yoldaşımı gördüm. Çox xoşbəxtəm. "Vitoriya"da oynadığım vaxtdan 20 il keçib. Portuqaliyada qalan dostlarımla böyük xatirələrim var". (report)
Oxşar xəbərlər
"Sərgilədiyimiz oyunun qarşılığını ala bilmirik" - Rıza Çalımbay
"Şadam ki, rekordumu yerli məşqçi qırdı" - Ağasəlim Mircavadov
“ Azərbaycan pasportunu əldə etmək üçün 5 il orada oynamaq lazımdır”
"Pedro Enrike "Qarabağ"ın liderlərindən biri idi" - "Astana"nın prezidenti
""Qarabağ" karyeramın ən yaxşı komandası oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası