Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar yerini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, avqust ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki yerini qoruyub. Şahmatçımız reytinqini 19 xal artıraraq 2820-ə yüksəldib. O, birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç, 2839) 19, Fabiano Karuanadan isə (ABŞ, 2827) cəmi 7 xal geri qalır.
Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 17-ci (2751), Arkadi Naydiç 28-ci (2721), Rauf Məmmədov 46-cı (2699) pillədə yer alıb.
Oxşar xəbərlər
Şahmatçılarımızın yeni reytinqi açıqlandı
Məmmədyarov FIDE-nin reytinq cədvəlində yerini dəyişmədi
Azərbaycanlı şahmatçılar ilk yüzlükdə
Məmmədyarov mövqeyini qorudu
Azərbaycanlı idmançı dünya reytinqində ikinci sırada - Şəhriyarın böyük uğuru
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası