reklam
Salahı anası ilə təhdid etdilər! -
Sportfm.az xəbər saytı

Salahı anası ilə təhdid etdilər! -ŞOK


Futbol üzrə Misir yığmasının şərəfini qoruyan Məhəmməd Salahın anası təhdid edilib. 

Sportfm.az xəbər verir ki, Salahın Misir Futbol Federasiyasını kəskin şəkildə tənqid etməsindən sonra qurumun rəsmilərindən biri "Liverpul"un ulduz futbolçusuna anasının hələ də Misirdə yaşadığını xatırladıb. Dünya çempionatından öncə yığmanının təlim-məşq toplanışının çox aşağı şəkildə təşkil edilməsindən şikayətlənən 26 yaşlı futbolçu, ona çatacaq olan reklam pullarını da federasiyasının mənimsədiyini söyləyib. Onun bu açıqlamaları MFF-in xoşuna gəlməyib. Qurumun idarə heyətinin üzvü Xaled Latif Salaha anasının Misirdə yaşadığını xatırladıb. Həmçinin Latif Salahın Avropada hər istədiyini dediyini, ancaq anasını göz önünə gətirərək danışmalı olduğunu söyləyib. 

 

Oxşar xəbərlər

Salahın son durumu açıqlandı - Simptomları yoxdur
Misirdə Salah muzeyi yaradılacaq - FOTO
Salahın heykəli sosial şəbəkələrdə lağa qoyuldu - FOTO
Salahın narazılığının əsl səbəbi məlum oldu
Salah Dünya Çempionatında oynaya biləcəkmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər