reklam
Üçqat dünya çempionunun məhkəməsi başladı
Sportfm.az xəbər saytı

Üçqat dünya çempionunun məhkəməsi başladı


Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən peşəkar idmançı Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sportfm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 11-ə təyin edilib.

Xatırladaq ki, bu il yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomobillə törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib. Ölümlə nəticələnən qəzanı törədən və hadisə yerindən qaçan Urxan Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan 29 yaşlı Urxan 3 qat dünya, 8 qat Azərbaycan çempionudur. (report)

Oxşar xəbərlər

SON DƏQİQƏ: Bakıda idman zalında 16 yaşlı yeniyetməni öldürdülər
Azərbaycanlı idmançının 67 min manatını oğurlayan tapıldı - rəfiqəsinin bacısının sevgilisidir
Fəridə Əzizovanın evindən oğurluq edən şəxs yenə məhkəmə önünə çıxacaq
"Sumqayıt"ın futbolçusu faciəvi şəkildə dünyasını dəyişdi
"Topaz"da işləyən oğlanı plan qurub öldürdülər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər