Albaniya yığmasının baş məşqçisi Aqollidən danışdı
"Ansi Aqolli bizim üçün vacib oyunçudur. O, komandamızın kapitanıdır, çünki Albaniya millisinin heyətində hamıdan çox oyun keçirib".
Sportfm.az xəbər verir ki, bunu Albaniya millisinin baş məşqçisi Kristian Panuççi səfərdə Şotlandiya ilə keçirəcəkləri UEFA Millətlər Liqasının II tur matçından əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəsis Albaniya yığmasına yenidən dəvət alan "Qarabağ" klubunun futbolçusunun məşqlərdə həvəslə çalışdığını və oyuna hazır olduğunu deyib: "Ansi yenidən millinin heyətində olduğu üçün sevinclidir. O, məşqlərdə yaxşı çalışır. Şotlandiya ilə keçirəcəyimiz oyuna tam hazırdır. Oynayıb-oynamayacağını bu gün görəcəyik".
Şotlandiya ilə oyunla bağlı da fikirlərini bölüşən italiyalı mütəxəssis onları çətin oyunun gözlədiyini və qələbə qazanmaq üçün bütün güclərini ortaya qoyacaqlarını bildirib: "Hazırda qrupdakı vəziyyətimiz yaxşıdır. Ancaq biz buna arxayın ola bilmərik. Ona görə də oyunçularıma diqqətli olmalarını tapşırmışam. Düşünürəm ki, qrupdakı komandaların səviyyələri təqribən eynidir. İsrail millisi ilə oyunda ilk səhvi edən biz olsaydıq, məğlub ola bilərdik. Bu gün bizi çətin oyun gözləyir. Rəqib təhlükəli komandadır. Onların hücumlarının qarşısını alıb buradan 3 xalla ayrılmağı düşünürük".
Qeyd edək ki, bu gün Qlazqo şəhərindəki "Hapden Park" stadionda keçiriləcək Şotlandiya - Albaniya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oxşar xəbərlər
Aqolli Albaniyanın məğlubiyyətini kənardan izlədi - VİDEO
"Qəbələ"nin legioneri Millətlər Liqasında meydana çıxa bilər
Ansi Aqolli komandasına lazım olmadı
Ansi Aqolli:"Baş məşqçiylə tam razıyam"
“Qarabağ”ın futbolçusunu emosional oyun gözləyir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası