reklam
2018-ci ilin ən yaxşı komandaları müəyyənləşdi
Sportfm.az xəbər saytı

2018-ci ilin ən yaxşı komandaları müəyyənləşdi


Avropa Klublar Assosiasiyası (ECA) 2018-ci ilin ən yaxşı komandalarını müəyyənləşdirib.

Sportfm.az xəbər verir ki, qaliblərin qurumun Xorvatiyanın Split şəhərindəki 21-ci Baş Assambleyasında açıqlanıb. İlin komandası adına İspaniya "Real Madrid"i layiq görülüb. Ən yaxşı qadın kollektivləri İngiltərənin "Arsenal" və "Çelsi" klubları olub. Belçika "Gent"i sosial fəaliyyətinə görə mükafatlandırılıb. Avstriya "Zaltsburq"u isə qitənin ən yaxşı inkişaf edən komandası sayılıb.

Qeyd edək ki, hazırda ECA-da Azərbaycanın 3 klubu təmsil olunur. "Qarabağ" və "Neftçi" tamhüquqlu, "Qəbələ" isə assosiativ üzv statusuna malikdir. 

Oxşar xəbərlər

İlin ən yaxşı futbolçuları və klubu - SİYAHI
İlin ən yaxşı futbolçusu - Levandovski
2018-ci ilin ən yaxşıları ABŞ-da mükafatlandırıldı
2018-ci ilin ən yaxşıları adına namizədlər müəyyənləşdi
"Qəbələ" Avropa Klublar Assosiasiyasına üzv seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər