Bakıda keçiriləcək dünya çempionatının saytı istifadəyə verildi
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının rəsmi saytı istifadəyə verilib.
Sportfm.az xəbər verir ki, http://worldjudo2018.com Saytı Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Saytda Ana səhifə, rəsmi, xəbərlər, təqvim və nəticələr bölməsi yer alıb. Azarkeşlərin dünya çempionatına bilet sifariş etmələri üçün də müvafiq bölmə mövcuddur.
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizer, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin salamlama nitqləri də saytda yer alıb.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.
Oxşar xəbərlər
AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı sayt istifadəyə verildi
37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirildi
Dünya çempionatının bayrağının ötürülməsi mərasimi keçirildi
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası