reklam
Çempionlar Liqası finalı harada keçiriləcək? -
Sportfm.az xəbər saytı

Çempionlar Liqası finalı harada keçiriləcək? -UEFA-dan açıqlama


Çempionlar Liqasının final qarşılaşmasının Nyu-York şəhərində keçiriləcəyi deyilirdi.

Sportfm.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferin bu xəbəri təkzib edib. O, final qarşılaşmasının Avropanın hüdudlarından kənarda keçirilməyəcəyini bildirib: "Bu məsələ müzakirə olunmur. Final oyunu başqa bir yerdə təşkil edilməyəcək. Belə fikrimiz yoxdur".

Əvvəllər İspaniya Premyer Liqasının bəzi matçlarının ABŞ və Kanada stadionlarında keçiriləcəyi deyilirdi. Məqsəd Avropa futbolunu Şimali Amerikada yaymaq idi. Lakin futbolçular bu qərara etiraz etmişdilər.

Xatirladaq ki, ÇL-nin final oyunu 2019-cu il iyunun 1-də Atletico Madrid klubunun ev stadionu "Vanda Metropalitano"da keçiriləcək.

Oxşar xəbərlər

Avropa klubları ABŞ-da final oynayacaq - Ehtimal
Avrokubokların yeni formatı açıqlandı
Çempionlar liqasının finalı Türkiyədə olacaq
Bakıda keçiriləcək Avropa Liqasının finalının dəqiq tarixi məlum olub
Çempionlar Liqası finalı Avropadan kənarda keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər