reklam
Ukrayna mətbuatı Deviçdən yazdı
Sportfm.az xəbər saytı

Ukrayna mətbuatı Deviçdən yazdı


Mövsümə fırtına kimi başlayan "Sabah"ın ulduzu Marko Deviç barədə Ukrayna mətbuatı xoş məqamlar qeyd edib.

Sportfm.az xəbər verir ki, "Obozrevatel" nəşri 35 yaşlı hücumçunun Topaz Premyer Liqasında bombardir olmasını və əvvəlki günlərini xatırlatdığını qeyd edib:

"Deviç təqaüdə sakit getməyə hazırlaşmır və yenə əvvəlki günlərini xatırladır. Düzdür, Ukraynada Deviçi çoxdan siyahıdan siliblər. "Metallist"dəki əla karyeradan sonra az-çox "Rubin"də oynadı. Bundan sonra isə Qətər, Lixtenşteyn və Rusiya çempionatlarında itib-batdı. Son olaraq isə Azərbaycanda "Sabah"a keçdi. Ancaq Serbiya əsilli ukraynalı bu komanda oynayır, yola vermir. Hazırda onun ehtiyatında 4 oyundan sonra 5 qol var".

Qeyd edək ki, mövsümün əvvəlində "Sabah"a transfer olunan Ukrayna millisinin sabiq üzvü 4 turdan sonra 5 qolla bombardirlər siyahısına başçılıq edir.

Oxşar xəbərlər

"Sabah"ın "qol silahı" karyerasını bitirir
Marko Deviç yenidən Azərbaycana qayıdası oldu - FOTO
Deviçin yeni klubu bəlli oldu - FOTO
Ukrayna millisinin sabiq üzvü "Sabah"dan ayrıldı
Marko Deviçin qolları - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər